...

Azərbaycanda meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edildi

Cəmiyyət Materials 22 Mart 2012 11:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.
Azərbaycanda meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 22 mart /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara növbəti dəfə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, martın 23-dən 25-dək Abşeron yarımadasında təzadlı dəyişkən hava şəraiti, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi, havanın temperaturunun xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Martın 23-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti