...

"Araz" radiosunun 1 yaşı qeyd olunub (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2012 20:52 (UTC +04:00)
"Araz" radiosunun 1 yaşının tamam olması ilə bağlı çərşənbə günü tədbir keçirilib.
"Araz" radiosunun 1 yaşı qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Mehdiyev/

"Araz" radiosunun 1 yaşının tamam olması ilə bağlı çərşənbə günü tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, sənət adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "Araz" radiosunun kollektivini bu münasibətlə təbrik edərək radionun qısa müddət ərzində böyük uğurlar əldə etdiyini vurğulayıb.

Məhərrəmli qeyd edib ki, "Araz" radiosu milli-mənəvi dəyərlərə böyük yer verir və etik normalara ciddi əməl edir.

Tədbirdə çıxış edən digər iştirakçılar da "Araz" radiosunun uğurlarından danışıb və radionun kollektivini təbrik ediblər. Qeyd olunub ki, "Araz" radiosu 1 illik fəaliyyəti ərzində dünya və Azərbaycan gündəmindən ən son siyasi, iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə dinləyiciləri ətraflı və obyektiv şəkildə məlumatlandırmaqla yanaşı, maarifçilik, elmi-kütləvi, əyləndirici funksiyalara köklənən layihələrlə də dinləyicilərin zövqünü oxşayıb.

Xəbər lenti

Xəbər lenti