...

Bu il Azərbaycanda yeni açılan ali məktəbə ilk tələbə qəbulu aparılacaq

Cəmiyyət Materials 10 Aprel 2012 11:49 (UTC +04:00)
Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açılması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb.
Bu il Azərbaycanda yeni açılan ali məktəbə ilk tələbə qəbulu aparılacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açılması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb. Trend-in məlumatına görə, bunu 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək.

Abbaszadə builki qəbul planında plan yerlərinin ötən ilkinə nisbətən 9,5 faiz çoxaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti