...

Səlim Müslümov DSMF-yə işə yeni qəbul olunanlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2012 11:34 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqənin hər iki mərhələsində uğur əldə edərək Fonda işə qəbul olunan 36 nəfərlə görüş keçirilib.
Səlim Müslümov DSMF-yə işə yeni qəbul olunanlarla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir M.Əliyev/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqənin hər iki mərhələsində uğur əldə edərək Fonda işə qəbul olunan 36 nəfərlə görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə DSMF-nin mətbuat xidmətindən bildirilib.

Görüşdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, bütün sahələrdə inkişafa nail olan, gündən-günə güclənən müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmaqdadır.

"Bu gün əldə olunan bütün uğurların kökündə ulu öndərimiz Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi uğurlu islahatlar dayanır", - Müslümov vurğulayıb.

Fonda işə yeni qəbul olunan şəxslərə tapşırıq və tövsiyələrini verən sədr bildirib ki, Prezident İlham Əliyev dövlət qulluqçularının qarşısında milli maraqları hər şeydən uca tutmaq, vətəndaşların müraciətlərinə diqqətli yanaşmaq, onlara vicdanla xidmət göstərmək tapşırığını qoyub.

"Dövlət qulluqçusu adı onu daşıyanların üzərlərinə əlavə məsuliyyət qoyur. Dövlət orqanlarında işə qəbul olunub, orada hər hansı vəzifədə çalışmaq böyük şərəf olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. İnanıram ki, bu məsuliyyəti dərk edərək, daşıyacağınız dövlət qulluqçusu kimi şərəfli ada layiq olduğunuzu məhz öz fəaliyyətinizlə sübut edəcəksiniz", - o deyib.

Müslümov nəzərə çatdırıb ki, bu gün Azərbaycanda çalışan təxminən 27 mindən artıq dövlət qulluqçusunun 10 faizi DSMF-də fəaliyyət göstərir. Fond sədri əlavə edib ki, sonuncu dəfə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 122 yer təklif edilmişdi. Həmin vakant yerlər üzrə iştirakçıların 46 nəfəri müsabiqənin test və müsahibə mərhələsində uğur qazanıb.

Fond sədri nəzərə çatdırıb ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunacaq. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb.

Xəbər lenti

Xəbər lenti