...

Azərbaycanda inzibati hüquqla bağlı sayt açılıb

Cəmiyyət Materials 20 Aprel 2012 13:59 (UTC +04:00)
Azərbaycanda inzibati hüquqla bağlı internet saytı fəaliyyətə başlayıb.
Azərbaycanda inzibati hüquqla bağlı sayt açılıb

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda inzibati hüquqla bağlı internet saytı fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bu gün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə inzibati hüquqa həsr olunmuş yeni internet səhifəsinin təqdimatını keçirib.

Vətəndaşlar və hüquqşünaslar wvvw.inzibati.az internet səhifəsindən Azərbaycanın yeni inzibati hüququ haqqında məlumatlar əldə edə və onun tətbiqi ilə bağlı məsləhətlər ala bilərlər.

Qeyd olunan internet səhifəsi vasitəsilə dövlət orqanlarının qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qalan vətəndaşların hansı qaydada Bakı, Sumqayıt, Şəki, Gəncə, Şirvan və Naxçıvanda yerləşən inzibati-iqtisadi məhkəmələrə şikayət verə bilmələri barədə məlumatlar almaq mümkündür. Eyni zamanda, sözügedən internet səhifəsində yerləşdirilmiş qısametrajlı sənədli fiim vasitəsilə vətəndaşlar Azərbaycanda yeni inzibati hüququn tətbiqinə başlanması prosesi barədə də informasiya ala bilərlər.

Bundan başqa, bu internet səhifəsi hakimlərin, vəkillərin və inzibati orqanların işçilərinin gündəlik fəaliyyətinə də yardımçı olacaq. Belə ki, onlar həmin internet səhifəsində Azərbaycan Respublikasının bütün inzibati-iqtisadi məhkəmələrinin qərarları, inzibati hüquq sahəsindəki yeniliklər və mətbuatda sözügedən sahə ilə bağlı dərc olunmuş aktual xəbərlərlə tanış olmaq imkanı əldə edəcəklər.

Saytda inzibati hüquq üzrə alman ekspert Peter Yakob tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə həsr olunmiş 240 sual-cavab kataloqu da yer alıb.

GIZ-in Azərbaycandakı layihə rəhbəri doktor Tomas Melser tədbirdəki çıxışında bildirib ki, GİZ Azərbaycanda inzibati hüquqa dair yeni qanunların işlənib-hazırlanmasında dəstək göstərib.

Layihə rəhbəri inzibati hüquqla bağlı video-çarxların çəkildiyini və yaxın zamanlarda telekanallarda yayımlanacağını deyib.

Xəbər lenti

Xəbər lenti