Azərbaycan, Bakı, 21 aprel /Trend/
23 - 28 aprel tarixdə Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək. Bu barədə Trend-ə BMT-nin İctimai İnformasiya Departamentindən məlumat verilib.
2007-ci ildən baslayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştrak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Azərbaycanda 2012-ci ildə kecirilən immunlaşdırma həftəsinin əsas məqsədləri aşağıdakılardır:
- planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması;
- yeni vaksinlərin immunlaşdırma programında tətbiqi ilə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azadılması;
- poliomielitdən azad ərazi statusunun saxlanması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyəsinin yüksəldilməsi.
İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcəkdir.
İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər, o cümlədən elmi konfranslar, Bərdə və Xızı rayonlarında 5 yaşadək uşaqlar arasında poliomielitə qarşı əlavə immunlaşdırma turları və Gəncə şəhəri və Bərdə və Xızı rayonalarındahəkimlər üçün treninqlər keçiriləcək.
Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək
23 – 28 aprel tarixdə Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək. Bu barədə Trend-ə BMT-nin İctimai İnformasiya Departamentindən məlumat verilib.
