...

Saray qəsəbəsindəki 7 saylı internat evində mini çörək sexinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2012 17:42 (UTC +04:00)
Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində bayram ovqatı yaşanıb.
Saray qəsəbəsindəki 7 saylı internat evində mini çörək sexinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində bayram ovqatı yaşanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, internat evinin həyətində dövlət himayəsində yaşayan, xüsusi qayğıya ehtiyac duyan uşaqların təzətər və keyfiyyətli çörək və çörək məmulatları ilə təmin olunması, digər tərəfdən anlaq səviyyəsi imkan verən uşaqların çörəkçiliklə bağlı ilkin peşə vərdişlərinə yiyələnməsi üçün mini çörək sexinin açılışı internat evinin sakinləri tərəfindən sevinclə qarşılanıb.

Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Əminə Seyidzadə və nazirliyin müvafiq struktur bölmələrinin nümayəndələri iştirak ediblər. Yeni çörək sexinin açılışı münasibətilə internatın kollektivini təbrik edən nazir müavini Natiq Məmmədov uşaqların müdafiəsi, onların dövlət qayğısı ilə əhatə olunaraq sağlam mühit və firavan həyat şəraitində böyüməsi üçün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətdən danışaraq, dövlət sosial xidmət müəssisələrində yaşayan uşaqların normal yaşayış şəraiti ilə təmin edilməsi istiqamətində görülən işlərin getdikcə geniş vüsət aldığını qeyd edib.

Nazir müavini ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın gənc nəslə, o cümlədən uşaqlara göstərdiyi qayğıdan söz açaraq bildirib ki, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə nazirliyin Saray və Şağandakı internat evlərində nümunəvi yaşayış şəraiti yaradılıb. Burada və nazirliyin digər internat evlərində uşaqlar üçün normal həyat şəraitinin təşkili daim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər bundan sonra da davam etdiriləcək.

Natiq Məmmədov 7 saylı internat evinin nəzdində belə bir kiçik müəssisənin yaradılmasının həm internatın keyfiyyətli çörək və çörək məmulatları ilə təminatı, həm də internatda yaşayan və müəyyən anlaq səviyyəsi olan uşaqların çörəkçiliklə bağlı ilkin peşə vərdişlərinə yiyələnməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbir iştirakçıları mini çörək sexinin fəaliyyəti, habelə internat evində uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Xəbər lenti

Xəbər lenti