...

Ali Məhkəmənin hakimi təqaüdə göndərilib

Cəmiyyət Materials 2 May 2012 16:04 (UTC +04:00)
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Ali Məhkəmədə hakim Şahmurad Hidayevin anadan olmasının 70 illik yubileyi və təqaüdə göndəriməsi ilə bağlı mərasim keçirilib.
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin hakimi təqaüdə göndərilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Ali Məhkəmədə hakim Şahmurad Hidayevin anadan olmasının 70 illik yubileyi və təqaüdə göndəriməsi ilə bağlı mərasim keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq, Hidayev təqaüdə yola salınır.

Ali Məhkəmənin sədri ədalət mühakiməsini uzun müddət yüksək səviyyədə həyata keçirdiyinə görə Şahmurad Hidayevə təşəkkür edib.

Təqaüdə yola salınan Hidayev gənc hakimlərə məsləhət və tövsiyələrini verib, əməyinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətə və Ali Məhkəmənin kollektivinə minnətdarlığını bildirib.

39 il hakim kimi fəaliyyət göstərən Hidayev 1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilib, 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adina layiq görülüb.

Xəbər lenti

Xəbər lenti