Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/
Yay aylarında Azərbaycanda yayımlanan telekanallarda dil problemi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə monitorinq keçiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
Məhərrəmli bildirib ki, dil qüsurları əsasən şou xarakterli verilişlərin aparıcılarında var.
"Bu problem bizi narahat edir. Monitorinqə Azərbaycanın dilçilik üzrə mütəxəssisləri də cəlb olunacaq", - Məhərrəmli əlavə edib.
Azərbaycan telekanallarında monitorinq keçiriləcək
Yay aylarında Azərbaycanda yayımlanan telekanallarda dil problemi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə monitorinq keçiriləcək.
