...

Azərbaycandan 35 min dollardan çox vəsaitin qanunsuz aparılması faktı aşkarlanıb

Cəmiyyət Materials 12 May 2012 11:52 (UTC +04:00)
Azərbaycandan 35 min dollardan çox vəsaitin qanunsuz aparılması faktı aşkarlanıb
Azərbaycandan 35 min dollardan çox vəsaitin qanunsuz aparılması faktı aşkarlanıb

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyuta sərvətlərinin gömrük orqanına bəyan olunmadan respublikadan aparılması cəhdlərinin qarşısını alıb.

Komitənin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, aprel ayında Azərbaycan vətəndaşları - Samir Əliyevdən Bakı-Dubay aviareysi ilə uçmaq istəyərkən 2500 ABŞ dolları, Sadiq Tağıyevdən (Bakı-İstanbul) 5000 ABŞ dolları, Rəfail Mirzəyevdən (Bakı-İstanbul) 3500 ABŞ dolları, Nazim Səmədovdan (Bakı-Urumçi) 2200 ABŞ dolları, Səfər Rəhimovdan (Bakı-İstanbul) 2100 ABŞ dolları, Eldar Musayevdən (Bakı-Dubay) 4500 ABŞ dolları, Asif Ələkbərovdan (Bakı-Moskva) 3500 avro, Rəfail Əlilidən (Bakı-İstanbul) 4700 ABŞ dolları, Eldar Quliyevdən (Bakı-Dubay) 1500 ABŞ dolları aşkarlanıb. Türkiyə vətəndaşı Ekrem Özcandan (Bakı-İstanbul) 4000 ABŞ dolları və Rusiya vətəndaşı Nizami Xasməmmədovdan (Bakı-İstanbul) 1400 ABŞ dolları aşkar edilib.

Xəbər lenti

Xəbər lenti