...

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 15 May 2012 12:48 (UTC +04:00)
Azərbaycanda nisbətən qeyri-sabit hava şəraiti yaxın günlərdə də davam edəcək.
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 15 may /Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda nisbətən qeyri-sabit hava şəraiti yaxın günlərdə də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində də hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti