...

Dünya Türk Gəncləri Birliyinin yaradılmasının 20-ci ildönümü Ankarada keçiriləcək

Cəmiyyət Materials 16 May 2012 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Türkiyədə Dünya Türk Gəncləri Birliyinin (DTGB) 11-ci liderlər toplantısı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, açılış mərasimi Ankarada Keçiörən bələdiyyəsinin Estergon Qalası Mədəniyyət Mərkəzində gerçəkləşəcək.

Tədbirdə DTGB-yə üzv təşkilatların rəhbər və nümayəndələrinin, Türkiyə Böyük Millət Məclisi və Milli Məclis üzvlərinin, TÜRKPA və Türk Konseyi, 15 ölkədən 23 türkdilli xalqı təmsil edən 30 təşkilatın numayəndələrinin iştirakı gözlənilir.

Liderler toplantısı DTGB-nin yaradılmasının 20-ci ildönümünə təsadüf edir. May ayının 20-ə kimi davam edəcək toplantıya DTGB sədri Əkrəm Abdullayev başçılıq edəcək.

Toplantıda birliyin 20 illik fəaliyyəti, türk dünyası bölgələri arasında koordinasiyanın təşkil edilməsi və təkmilləşdirilməsi, son illərdə türk dünyasında baş verən proseslərin təhlili, DTGB-nin 15-ci qurultaya hazırlıqları və yaxın gələcəkdə fəaliyyət planları müzakirə ediləcək.

Yekun sənədin qəbulundan sonra Türkiyədə Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş 19 May İdman və Gənclər Günü münasibəti ilə "Anıtkabir" ziyarət ediləcək.

DTGB-nin bu səfərki yubiley toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Tədbirdə nazirliyin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov iştirak edəcək.

Qeyd edək ki, 1992-ci ildə Tatarıstanda Kazan şəhərində əsası qoyulan DTGB 18 ölkədən 36 türkdilli xalqın 40-dan çox təşkilatını özündə birləşdirir. 2009-cu ildən etibarən DTGB rəhbərliyi Türkiyədən Azərbaycana keçib və 2010-cu ildən etibarən müstəqil ictimai birlik olaraq Azərbaycanda dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti