...

Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibinə dəyişikliklər edib

Cəmiyyət Materials 21 May 2012 10:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend müxbir M.Əliyev/

Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin Kollegiyasının tərkibinə dəyişikliklər edib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Hacıyeva İndira Niyazi qızı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri təyin olunub.

Hökumətin qərarında həmçinin Hacıyev Fərhad Məcid oğlu Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru vəzifəsinə təsdiq olunub.

Xatırladaq ki, əvvəl Fərhad Hacıyev nazirliyin Gənclərlə iş şöbəsinin müdiri, İndira Hacıyeva isə Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri vəzifələrində çalışıblar.

Xəbər lenti

Xəbər lenti