...

Azərbaycan Memarlıq və İnşaat Universitetində daha bir beynəlxalq tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2012 17:45 (UTC +04:00)
Azərbaycan Memarlıq və İnşaat Universitetində Bakıdakı Avropa Tədris-İnformasiya Mərkəzi (ECMHT), "Fövqəl" Assosiasiyası və Böyük Britaniyanın OXFAM humanitar təşkilatının Bakı nümayəndəliyi ilə birlikdə "Qloballaşma ilə əlaqədar fövqəladə hallara qarşı mübarizənin müasir problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində daha bir beynəlxalq tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Memarlıq və İnşaat Universitetində Bakıdakı Avropa Tədris-İnformasiya Mərkəzi (ECMHT), "Fövqəl" Assosiasiyası və Böyük Britaniyanın OXFAM humanitar təşkilatının Bakı nümayəndəliyi ilə birlikdə "Qloballaşma ilə əlaqədar fövqəladə hallara qarşı mübarizənin müasir problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Trend-in məlumatına görə, konfrans bir sıra əsas istiqamətlərinə görə vacibdir. "Respublikamızda təbii və texnogen təhlükələrin proqnozlaşdırılması və qiymətləndirilməsi", "Fövqəladə hallarda iqtisadi, sosial və ekoloji zərərlərin qiymətləndirilməsi", "Əhalinin fövqəladə hallara hazırlanması və maarifləndirilməsi", "Təbii və texnogen risklərin idarə olunmasının sosial-iqtisadi, normativ-hüquqi aspektləri", "Xəzərdə baş verən ekoloji fövqəladə hadisələr və onların həlli yolları" əsas müzakirə mövzularıdır.

Elmi-praktik konfransda müzakirəyə çıxarılan mövzunun elmi-nəzəri cəhətdən təhlili ilə yanaşı, problemin praktik həllinə də xüsusi yer veriləcək və bu sahədə yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin, eləcə də iri mülkiyyət sahiblərinin, o cümlədən, adətən belə işlərdən kənarda qalan iş adamlarının fövqəladə hallara qarşı mübarizəyə cəlb olunmasına xüsusi diqqət yetiriləcək.

Konfransın diqqət mərkəzində, həmçinin bu sahədəki uyğunsuzluqların, eləcə də təhlükəsizlik sahəsində mövcud qanunlara yerlərdə əməl olunması, əhalinin maarifləndirilməsi və mühafizəyə hazırlanmasının təşkili məsələləri də durur.

Beynəlxalq konfransda Azərbaycan Təhsil Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, müvafiq elmi-tədqiqat institutları və təşkilatlarından 300 nəfərdən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, konfrans çərçivəsində 113 məqalə müzakirə olunub və beynəlxalq tədbirə yekun vurulub.

Xəbər lenti

Xəbər lenti