...

MTRŞ milli cizgi filmlərinin çəkilişi ilə bağlı müraciət edəcək

Cəmiyyət Materials 6 İyun 2012 14:14 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) milli cizgi filmlərinin çəkilişi ilə bağlı ölkə Prezidentinə müraciət edəcək.
MTRŞ milli cizgi filmlərinin çəkilişi ilə bağlı müraciət edəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) milli cizgi filmlərinin çəkilişi ilə bağlı ölkə rəhbərliyinə müraciət edəcək.

"Milli cizgi filmlərinin çəkilməsi ciddi məsələdir. Yəni milli teleserialların çəkilişi ilə bağlı məsələ başa çatdıqdan sonra bizim fikrimiz var ki, milli cizgi filmlərinin çəkilişinə maliyyə yardımının ayrılması üçün Azərbaycan hökumətinə müraciət edək. Çünki Azərbaycanda milli cizgi filmlərinin sayı, demək olar ki, çox azdır", - çərşənbə günü Trend-ə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Azərbaycanda uşaqların baxdığı cizgi filmlərinin əksəriyyətinin əcnəbi cizgi filmləri olduğunu deyən Məhərrəmli qeyd edib ki, təbii ki, uşaqlar ilə bağlı əcnəbi filmlərə baxmaq olar, ancaq bütovlükdə bütün filmlər xarici ölkə məhsullarıdırsa, yerli məhsul yoxdursa, bu məsələ üzərində düşünmək lazımdır.

Onun sözlərinə görə, Azərbaycanın özünün çoxsaylı nağılları əsasında çoxsaylı cizgi filmləri çəkmək olar.

"Hesab edirəm ki, gələcəkdə də uşaq verilişlərinə diqqət artırılmalıdır. Televiziya kanalları da bu məsələdə öz üzərinə düşən, cəmiyyət qarşısındakı məsuliyyəti başa düşməlidirlər", - Məhərrəmli vurğulayıb.

Xəbər lenti

Xəbər lenti