Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Açıq qapı" günləri keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından cümə günü Trend-ə verilən məlumata görə, ADA Beynəlxalq münasibətlər və Biznesin idarə edilməsi üzrə bakalavr proqramları təklif edir. Bakalavr proqramları ilə maraqlananlar keçiriləcək "Açıq qapı" gününə dəvət olunurlar. "Açıq qapı" iyunun 22-də saat 14:00-da, iyunun 29-da saat 14:00-da, iyulun 6-da saat 14:00-da, iyulun 13-də saat 14:00-da olacaq.
Tədbirdə bakalavr proqramları və qəbul qaydaları haqqında məlumat veriləcək. İştirak etmək istəyənlər [email protected] elektron poçtu və yaxud 437 32 35 telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.