...

Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 13 İyun 2012 13:38 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində havanın temperature 38 dərəcəyə yüksələcək.
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində havanın temperaturu 38 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun 14-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 23-24, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

İyunun 14-16-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-38, aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 36-39 dərəcəyədək yüksələcək.

Xəbər lenti

Xəbər lenti