...

Azərbaycan və İtaliya alimləri Abşeronun seysmik təhlükələrini birgə araşdıracaqlar

Cəmiyyət Materials 4 İyul 2012 14:54 (UTC +04:00)
Azərbaycan və İtaliya alimləri Abşeronun geodinamik prosesləri və seysmik təhlükələri istiqamətində birgə tədqiqat aparmaq niyyətindədir.
Azərbaycan və İtaliya alimləri Abşeronun seysmik təhlükələrini birgə araşdıracaqlar

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və İtaliya alimləri Abşeronun geodinamik prosesləri və seysmik təhlükələri istiqamətində birgə tədqiqat aparmaq niyyətindədir.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutundan çərşənbə günü Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, ölkəmizdə səfərdə olan İtaliyanın Milli Tədqiqat Şurasının (İMTŞ) Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun departament rəhbəri professor Luçiano Selesta institutun direktoru akademik Akif Əlizadə və digər alimlərlə görüşüb.

Görüş zamanı iki təşkilat arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Abşeron yarımadasında seysmik təhlükənin qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik yertəyinetmə sistemi) tədqiqatların nəticələri müzakirə olunub.

Selesta institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirib və bu işlərin müştərək davam etdirilməsini məqsədəuyğun hesab edib. Qonaq iyulun 7-nə qədər azərbaycanlı həmkarlarının təcrübəsi ilə daha yaxından tanış olacaq və çöl tədqiqatlarında iştirak edəcək.

Görüş 2011-ci ilin yayında AMEA ilə İMTŞ arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub.

Xəbər lenti

Xəbər lenti