Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir (FOTO)

Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend/


Şənbə günü M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ilk məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Bu barədə AzərTAc xəbər verir.

Mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, nazirlər, komitə sədrləri, ali məktəblərin rektorları, deputatlar, valideynlər iştirak etmişlər.

Əvvəlcə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaranması və fəaliyyəti haqqında film nümayiş olunmuşdur.

Tədbiri açan Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva mərasim iştirakçılarını salamlayaraq demişdir:

- Bu gün Moskva Dövlət Universitetinin Bakı filialının həyatında əlamətdar tarixi gündür. Zənnimcə, bu mühüm və parlaq hadisə təkcə bu günlə bağlı deyildir. Mən bir məsələdə əminəm ki, hər şeyə qadir olan zaman gələcəkdə öz hökmünü və müdrikliyini göstərərək, bu mühüm hadisənin dövlətlərimizin həyatında, Azərbaycan və Rusiya vətəndaşlarının həyatında dolğun və parlaq qiymətini daha dəqiq verəcəkdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin şöhrəti bütün dünyaya məlumdur.

Universitetlərin bütün zamanlarda bilik və nəcib məziyyətlərin yaradıcısı və qoruyucusu olduğunu qeyd edən Nərgiz Paşayeva demişdir ki, kəşməkəşli XXI əsrin əvvəlində ölkələrimiz sülh və əmin-amanlığın, qarşılıqlı hörmət və həmrəyliyin hökm sürdüyü, elmi mübahisələrdən başqa heç bir mübahisənin olmadığı ümumi bir ev - Moskva Dövlət Universitetinin Bakı filialını yaratmağa nail olmuşlar.

Ali məktəbin ilk məzunlarını təbrik edən rektor demişdir:

- Əziz məzunlarımız, siz bu günün qəhrəmanlarısınız. Biz bütün bu illər ərzində sizə təkcə biliklər deyil, həm də qəlbimizin və ruhumuzun bir parçasını vermişik. Biz sizə təkcə tələbkar müəllim deyil, həm də mehriban dost olmağa çalışmışıq. Biz çalışmışıq ki, siz biliyin, elmin, təhsilin gücünə, özünüzə, ədalətə, dürüstlüyə, xeyirxahlığa inanasınız, sizi böyüdüb boya-başa çatdıranlara, qayğınızı çəkənlərə hörmət bəsləyəsiniz, həqiqi peşəkarlar, ən başlıcası isə öz ölkənizin əsl vətənpərvərləri olasınız.

Möhtərəm müəllimlər, Moskva Dövlət Universitetindən olan əziz həmkarlar, sizə sonsuz minnətdarlığımı bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm. Axı, məhz siz bu dörd il ərzində universitetimizin canlı mənbəyi olmusunuz. Sizin nəcib və misilsiz əməyiniz, qəlbinizin hərarəti olmasaydı, biz belə yüksək nəticələrə nail ola bilməzdik. Bizim üçün etdiklərinizə görə qarşınızda baş əyirik.

Nərgiz Paşayeva salonda olan bakılı müəllimlərə və məzunların valideynlərinə minnətdarlığını bildirmişdir.

Bakı filialının rektoru M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor Sadovniçiyə xüsusi minnətdarlığını ifadə etmişdir:

- Sizin dəstəyiniz və ən başlıcası mənə göstərdiyiniz etimad olmasaydı, mənim üçün çox çətin olardı. Güman etmirəm ki, mən və bütün həmkarlarım nail olduqlarımızı edə bilərdik. Güman etmirəm ki, qarşımıza qoyduğumuz bütün plan və vəzifələri həyata keçirə bilərdik. Siz bizim xeyirxah himayədarımızsınız. Siz bu dörd il ərzində bizi dəstəkləyən, başa düşən, ruhlandıran, istiqamətləndirən, bütün uğur və nailiyyətlərimizi vurğulayan insansınız. Çox sağ olun.

Sonra Nərgiz Paşayeva Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini tribunaya dəvət etmişdir.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin mərasim iştirakçılarını salamlayaraq bu gözəl bayram tədbirində iştirak etdiyinə ürəkdən şad olduğunu bildirmişdir. Üç il yarım bundan əvvəl Moskva Dövlət Universitetinin Bakı filialının açılışında iştirak etdiyini xatırladan S.Narışkin demişdir ki, indi ona ali məktəbin ilk məzunlarına diplomlar təqdim etmək imkanı nəsib olmuşdur.

Rusiya Dövlət Dumasının sədri vurğulamışdır ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialının məzunları üçün bu, əlamətdar və fərəhli gündür, çünki onlar ali təhsil haqqında diplom alırlar. Rusiya Dövlət Dumasının sədri məzunlara müraciətlə demişdir: "Kimsə zarafatla demişdir ki, ali təhsil haqqında diplom bu sənədin sahibinin nə isə öyrənmək şansı olduğunu təsdiq edir. Ancaq sizin barənizdə danışanda bu, yalnız zarafatdır. MDU-nun Bakı flialının məzunları bu şansdan yüz faiz istifadə etmişlər". O vurğulamışdır ki, Moskva Dövlət Universiteti təkcə Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınan və dəyərləndirilən brenddir. MDB-nin Bakı filialının məzunu adını daşımaq şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Çünki bu ali məktəbin məzunu adını daim uca tutmaq lazımdır. Rusiya Dövlət Dumasının sədri əmin olduğunu bildirmişdir ki, MDB-nin Bakı filialını bitirmiş gənclər harada işləmələrindən asılı olmayaraq - istər dövlət, istər bələdiyyə idarəsi, biznes, sosial sahələrdə hər yerdə ən yüksək səviyyəyə qalxmağa imkan verən gözəl biliklər əldə etmişlər. Bu gün müasir, gələcəyə doğru irəliləyən Azərbaycana sizin kimi novator, yaradıcı, həqiqətən müasir biliklərə malik gənclər lazımdır. S.Narışkin demişdir: "Biz yaşlı nəslin nümayəndələri də ali məktəbləri bitirmiş, ali təhsil almışıq. İndi xatırlayıram ki, bu məqamda mən həyəcan keçirir, arzulayırdım, peşə karyeramla bağlı planlar qururdum. Doğrusunu deyim ki, mənim arzularımın bir hissəsi həyata keçdi".

Rusiya Dövlət Dumasının sədri məzunlara təhsil illərində qazandıqları bilikləri həyatda tətbiq etməyi arzulamışdır. O, məzunlara xeyir-dua verərək demişdir: "Səhvlərə az yol verin, müdrik müəllimlərinizin öyrətdiklərini tez-tez yada salın. Bir də xahiş edirəm Rusiya ilə Azərbaycan arasında dostluğun ildən-ilə möhkəmlənməsi üçün əlinizdən gələni əsirgəməyin. Bu dostluğun, həqiqətən, dərin tarixi kökləri vardır. Sizin bu münasibətlərə əlavə edəcəyiniz enerjidən, hisslərdən Azərbaycanın gələcəyi, Rusiyanın gələcəyi çox asılıdır". O, gənclərə böyük uğurlar və xoşbəxtlik arzulamışdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi mərasimdə çıxış edərək bildirmişdir ki, universitetlər onilliklərlə, yüzilliklərlə təşəkkül tapır. Lakin ilk buraxılış istənilən ali məktəbin tarixində başlıca səhifələrdən biri olur. MDU-nun rektoru demişdir: "Siz artıq tarixin bir hissəsisiniz. Gələcək nəsillər sizin barənizdə həmişə deyəcəklər: onlar universiteti ilk bitirənlərdir. Onlar müstəqil həyata ilk qədəm qoyanlardır".

Sadovniçi ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafında və dərinləşməsində, vahid elm və təhsil məkanının qorunub saxlanmasında böyük rolunu diqqətə çatdırmışdır. O demişdir: "MDU-nun Bakı filialının yaradılmasının əsasını Heydər Əliyev ideyaları, onun xalqlarımızın, ölkələrimizin həmişə bir yerdə olmasına yönəldilmiş fədakar əməyi təşkil edir". MDU-nun rektoru vurğulamışdır ki, Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması ideyası onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə meydana gəlmişdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təxminən üç əsrlik tarixi ərzində ilk dəfə MDU-nun Bakı filialı kimi qurumun yaradılmasına yaşıl işıq yandırılmışdır. Akademik V.Sadovniçi demişdir: "Bir neçə il ərzində universitet qüvvətlənmiş və az vaxt keçməsinə baxmayaraq, indiki təhsil ocağına çevrilmişdir".

Rektor bildirmişdir ki, bu gün müstəqil həyata qədəm qoyan məzunların qarşıda çətinlikləri, sınaqları, qələbələri, sevincləri və uğurları olacaqdır. O demişdir: "Müstəqil qərarlar qəbul etməyə, çalışmağa, yeni uğurlar qazanmağa, mürəkkəb həyat pillələrində yeni addımlar atmağa hazır olun. Ümidvarıq ki, universitetdə çətin təhsil illəri bunu sizə öyrətmişdir".

Sadovniçi ali məktəbin yaradılması üçün çox işlər görmüş Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirmişdir. O, həmçinin M.V.Lomonosov adına MDU-nun Bakı filialının ilk məzunlarına diplomların təqdim olunması mərasimində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə minnətdarlıq etmişdir.
Çıxışlardan sonra S.Narışkin, V.Sadovniçi və N.Paşayeva məzunlara diplomları təqdim etmişlər.

Məzunlar adından çıxış edən Sona Nəsibova qonaqlara, mərasim iştirakçılarına və müəllimlərə minnətdarlığını bildirmişdir.
Daha sonra məzunların ifasında beynəlxalq tələbələr himni səslənmişdir.

Təntənəli mərasim tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Loading Bars
Xəbər lenti
Gəncədə evdə dəhşətli yanğın, 3 nəfər yanıb öldü
Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq
Meksika mətbuatı Azərbaycanın 30 illik inkişaf yolundan yazıb (FOtO)
Yaponiyada 4,6 bal gücündə zəlzələ olub
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
Daha iki boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Türkiyə və ABŞ müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
"Barselona"nın baş məşqçisi Ronald Kuman vəzifəsindən azad olunub
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
İspaniya La Liqası: "Barselona" 19 ildən sonra ilk dəfə "Rayo Valyekano"ya məğlub olub
"Intel" fərdi kompüterlər üçün yeni nəsil prosessorları təqdim edib
Füzuli beynəlxalq aeroportunun açılışı Qarabağ erməniləri üçün onları Azərbaycan vətəndaşları kimi gözləyən daha yaxşı gələcəyin nümunəsidir - Korotçenko
Zəfər xronikası 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 28 oktyabr
Abşeronda intihara cəhdin qarşısı alınıb
Avropada COVID-19-a yoluxma və ölüm halları artmaqda davam edir
"Instagram"da yeni funksiya əlavə olunub
Füzuli beynəlxalq hava limanının açılışı Qarabağı qlobal kommunikasiya və əməkdaşlıq şəbəkəsinə daxil edəcək - Rusiyalı ekspert
Dövlət başçılarının Füzuli hava limanını birgə açması Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürüdür - Komitə sədri
Saatlı və Ağcabədidə ev yanıb
Mövsümi qriplə mübarizə necə aparılmalıdır? - AÇIQLAMA
Azərbaycan Ələt iqtisadi zonasına investisiyalarla bağlı 13 ölkə ilə sazişlər imzalayıb - Nazir müavini
Dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib
MDU ilə Kiyev Milli İqtisadiyyat Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
AQTİ mütəxəssisləri ictimai iaşə sahələrinin əməkdaşlarına növbəti təlim keçib
ABB-dən hər kəsə nağd pul krediti
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir
Baş Prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Üç məhkəmə hakiminin səlahiyyətinə xitam verilib
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib (FOTO)
Türkiyə prezidentinin Qarabağa səfəri bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi - Azər Qarayev
Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi
Silsilə Zəfər tədbirləri keçiriləcək (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İran Azərbaycanla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır - XİN başçısı
İspandilli mediada Füzuli Beynəlxalq Aeroportunun açılışı haqqında materiallar dərc edilib (FOTO)
Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajı
Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi (ƏLAVƏ OLUNUB)
Kamal Abdulla Venesuelanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Əcnəbilər yol hərəkəti ilə bağlı Azərbaycan ərazisində cəriməni necə ödəyirlər?
AzMİU-da Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır
Avropa Məhkəməsi Polşanı cərimələdi - Hər gün bir milyon avro ödəyəcək
Qaradağda 2-ci Qarabağ müharibəsi şəhidlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Azərbaycan-Çin hökumətlərarası komissiyasının videokonfrans formatında iclası keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Aİİ tərəfindən təşkil olunan “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb (FOTO)
Azərbaycanda 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər vəfat edib
Əməkdar rəssam vəfat edib
İmişli Neft Terminalının fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)
Şəhidlərimizin anım mərasimi keçirilib (FOTO/VİDEO)
DSMF-nin büdcə gəlirləri və xərcləri məlum olub
Azərbaycan və Dünya Bankı arasında kredit müqaviləsi imzalanıb
Azərbaycan çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yerini alacaq - Ərdoğan (VİDEO)
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
TAP konsorsiumu rəqəmsallaşdırma sahəsində tenderlər elan edəcək
Hansı uşaqlara vaksin vurdurmaq tövsiyə edilir?
Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı - Deputat
Hazırda yas mərasimlərinin keçirilməsinə icazə yoxdur - Dini komitə
Uşaqları koronavirusdan necə qorumalıyıq? - AÇIQLAMA
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi (FOTO)
Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır
Prezident İlham Əliyev Miloş Zemanı təbrik edib
İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb
Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
Mingəçevir Dövlət Universitetində yol hərəkətinin təhlükəsizliyinə dair seminar keçirilib (FOTO)
Ağac sexlərində qanunsuz meşə materialı aşkarlanıb
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa səfər edib (FOTO)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub
Norveç şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub
Vaksinlər koronavirusun yeni variantına qarşı effektivdir - İnfeksionist
2022-ci ildə elm sahəsinə xərclər 10 faizdən çox artırılacaq
2007-ci ildən bu günə qədər ali məktəblərə qəbul üzrə edilən dəyişikliklər - SİYAHI
Şəhid ailələri və qazilərlə bağlı “Zəfər” altsistemi yaradılır - Fərman
Xaçmaz rayonunda onlayn formatda vətəndaşların müraciəti dinlənilib (FOTO)
Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği artırılır
Azərbaycandakı dini qurumların sayı açıqlanıb
Azərbaycan hərbçilərinin Türkiyədəki təlimi başa çatıb (FOTO)
Azərbaycanın azad edilmiş əraziləri tezliklə nümunəvi istehsal mərkəzinə çevriləcək - Türkiyə Prezidenti
Füzuli aeroportunun açılması ilə mühüm hava nəqliyyatı marşrutu reallaşdırılıb - Ərdoğan
"Təmiz Şəhər" iki beynəlxalq sertifikata layiq görülüb
"Holcim Azərbaycan" Azərbaycanda əsas infrastruktur layihələrinin etibarlı tərəfdaşıdır
Toxum və əkin materialları sahəsində yeni dövlət standartı təsdiq edilib
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb
Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb
SOCAR Neft Emalı Zavodunun ətrafındakı yüksək səs və gurultulara aydınlıq gətirib (FOTO)
Qazax sakinindən odlu silah götürülüb (FOTO)
Qazaxda narkotik alverçisi yaxalandı (FOTO)
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək - Nazir müavini (FOTO)
Paytaxtda növbəti həyət abadlaşdırılıb (FOTO)
Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert
Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq
Sabah hava necə olacaq?
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarı artırılır
Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib
UNEC-də “Erməni dili” kurslarına start verilib
Bütün xəbərlər