...

Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq

Cəmiyyət Materials 14 İyul 2012 16:55 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanları yekunlaşıb.
Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanları yekunlaşıb.

Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sabahdan cavab kartlarının emalına başlanacaq.

Hazırda müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılır. Saat 19:00-da isə "Space" telekanalında canlı yayımlananan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək.

III ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın rəsmi saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

Qeyd edək ki, qəbul imtahanları respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçirilib. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 220 imtahan rəhbəri cəlb olunub.

Xəbər lenti

Xəbər lenti