...

Məhkəmə Azərbaycanın əməkdar artistinin ölkədən çıxmasına qoyulan qadağanı götürüb

Cəmiyyət Materials 18 İyul 2012 16:14 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsi Azərbaycanın əməkdar artisti Mehriban Xanlarovanın ölkədən çıxmasına qoyulan qadağanı aradan qaldırıb.
Məhkəmə Azərbaycanın əməkdar artistinin ölkədən çıxmasına qoyulan qadağanı götürüb

Azərbaycan, Bakı, 18 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi Azərbaycanın əməkdar artisti Mehriban Xanlarovanın ölkədən çıxmasına qoyulan qadağanı aradan qaldırıb.

Məhkəmədən Trend-ə verilən məlumata görə, hakim İlqar Dəmirovun sədrliyi ilə keçirilən prosesdə aktrisanın şikayətinə baxılıb və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Bakının Yasamal rayon məhkəməsinin qərardadı ləğv olunub.

Məhkəmə işin baxılması üçün yenidən Yasamal rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Xanlarovanın borcu olduğu üçün məhkəmə onun ölkədən çıxmasını məhdudlaşdıran qərar qəbul etmişdi.

Aktrisa "Unibank" vasitəsilə kreditlə aldığı avtomobilin pulunu ödəyə bilmədiyindən bank onu məhkəməyə vermişdi.

Xəbər lenti

Xəbər lenti