...

Geologiya İnstitutu ilə “IFP Energies Nouvelles” şirkəti arasında elmi əməkdaşlıq imkanları müzakirə edilib

Cəmiyyət Materials 19 İyul 2012 15:45 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ilə "IFP Energies Nouvelles" şirkəti arasında neft və qaz sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilib.
Geologiya İnstitutu ilə “IFP Energies Nouvelles” şirkəti arasında elmi əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ilə "IFP Energies Nouvelles" şirkəti arasında neft və qaz sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilib.

İnstitutdan cümə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanda səfərdə olan "IFP Energies Nouvelles" şirkətinin Beynəlxalq Əlaqələr İdarəsinin direktoru Daniel Çamplon və onun müavini Yolande Rondot institutun direktoru, AMEA-nın vitse-prezidenti akademik Akif Əlizadə və digər alimlərlə görüşüb.

Qonaqlar institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndiriblər. Onlar bu işlərin müştərək davam etdirilməsini, institutun gənc alimlərini Fransadakı şirkətin təlim xarakterli layihələrinə cəlb etməyi məqsədəuyğun hesab ediblər.

Qeyd edək ki, "IFP Energies Nouvelles" enerji, nəqliyyat və ətraf təbii mühit sahələrində ictimai araşdırmalar, innovasiya və təlim mərkəzidir.

Xəbər lenti

Xəbər lenti