...

Azərbaycanda ilin ən yaxşı mətbuat xidməti nominasiyasına beş nəfər layiq görülüb

Cəmiyyət Materials 23 İyul 2012 10:07 (UTC +04:00)
Azərbaycan milli mətbuatının 137-ci ildönümü ilə əlaqədar "Min bir gecə" istirahət mərkəzində keçirilən tədbirdə 5 mətbuat xidmətinin rəhbəri "Bakcell" şirkəti tərəfindən "İlin ən yaxşı mətbuat xidməti rəhbəri" adına layiq görülüb və onlara mükafatlar təqdim olunub.
Azərbaycanda ilin ən yaxşı mətbuat xidməti nominasiyasına beş nəfər layiq görülüb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan milli mətbuatının 137-ci ildönümü ilə əlaqədar "Min bir gecə" istirahət mərkəzində keçirilən tədbirdə 5 mətbuat xidmətinin rəhbəri "Bakcell" şirkəti tərəfindən "İlin ən yaxşı mətbuat xidməti rəhbəri" adına layiq görülüb və onlara mükafatlar təqdim olunub.

Trend-in məlumatına görə, bu nominasiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev, Daxili İşlər Naziliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov, Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Camalxanov bu ada layiq görülüb.

Xəbər lenti

Xəbər lenti