...

Azərbaycan Strateji Araşdırmalar Mərkəzi 9 "beyin mərkəzi" ilə əməkdaşlıq müqavilələri imzalayıb

Cəmiyyət Materials 23 İyul 2012 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) bu il beynəlxalq əməkdaşlıq çərçivəsində 9 "beyin mərkəzi" ilə memorandum və sazişlər imzalayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi SAM-dan bildirilib.

Bu ilin ötən dörü ərzində Mərkəz Stratfor (ABŞ), Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu, Tacikistan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi, İslamabad Siyasi Araşdırmalar İnstitutu (Pakistan), Strateji Araşdırmalar üzrə Milli İnstitut (Qırğızıstan), Helsinki Universitetinin Aleksanteri İnstitutu, Fransanın Beynəlxalq Münasibətlər İnstitutu, Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutu, Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondu ilə əməkdaşlığı özündə ehtiva edən müqavilələr imzalanıb.

2012-ci ilin yanvar-iyun aylarında SAM tərəfdaşları ilə birgə xaricdə beş beynəlxalq tədbir təşkil edib. Bunlardan ikisi ABŞ-da (Kolumbiya Universitetində və Sent Luizdə yerləşən Vaşinqton Universitetində), Fransa Beynəlxalq Münasibətlər İnstitutu ilə birgə Parisdə, Ukraynada və Moldovada keçirilmiş beynəlxalq konfranslardır.

SAM ilin ikinci yarısında da beynəlxalq konfranslarını davam etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti