...

Bakının bəzi ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq

Cəmiyyət Materials 23 İyul 2012 13:17 (UTC +04:00)
Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, bununla əlaqədar olaraq iyulun 23-24-də Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq
Bakının bəzi ərazilərində içməli suyun verilməsində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır. "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, bununla əlaqədar olaraq iyulun 23-24-də Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti