...

Həftənin ilk iş günündə Azərbaycanda 40 dərəcəlik isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 5 Avqust 2012 14:00 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.
Həftənin ilk iş günündə Azərbaycanda 40 dərəcəlik isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Sabah Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava günəşli keçəcək. Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanən əksər regionlarında hava yağmursuz və isti keçəcək. Temperatur 20-25, gündüz isə 33-40 dərəcə olacaq.

Xəbər lenti

Xəbər lenti