...

Azərbaycanda ali məktəblərin magistraturalarının vakant yerlərinə qəbul üçün 600-dən çox bakalavr sənəd verib

Cəmiyyət Materials 13 Avqust 2012 10:53 (UTC +04:00)
2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul üçün "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi müddəti yekunlaşıb.
Azərbaycanda ali məktəblərin magistraturalarının vakant yerlərinə qəbul üçün 600-dən çox bakalavr sənəd verib

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul üçün "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi müddəti yekunlaşıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bazar ertəsi Trend-ə bildirib ki, 1373 vakant yer üzrə aparılan müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi apararaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib.

Əliyev bildirib ki, müsabiqənin nəticələrinin bu gün axşam və ya sabah açıqlanağı gözlənilir.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-dən 13-dək TQDK-nın internet saytının mü­­va­fiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyiblər.

Azərbaycanın ali təhsil müəs­sisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Xəbər lenti

Xəbər lenti