...

Azərbaycanda dövlət qulluğunda 416 vakant yerin tutulması üçün müsabiqə elan olunub

Cəmiyyət Materials 14 Avqust 2012 11:04 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğunda 416 vakant yerə müsabiqə elan olunub.
Azərbaycanda dövlət qulluğunda 416 vakant yerin tutulması üçün müsabiqə elan olunub

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Azərbaycanda dövlət qulluğunda 416 vakant yerə müsabiqə elan olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə 17 dövlət orqanındakı 416 vakant vəzifənin tutulması üçün elan olunub.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 404-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli bölümlərində, 12-sı isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər.

Müraciət forması elektron, şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Xəbər lenti

Xəbər lenti