...

"Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" mövzusunda yay məktəbi açılıb

Cəmiyyət Materials 29 Avqust 2012 17:39 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) beynəlxalq kampaniyasının birgə təşkilatçılığı ilə keçirilən "Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" mövzusunda yay məktəbinin açılışı olub.
"Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" mövzusunda yay məktəbi açılıb

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA (Ətraf Mühit Naminə Beynəlxalq Dialoq) beynəlxalq kampaniyasının birgə təşkilatçılığı ilə keçirilən "Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" mövzusunda yay məktəbinin açılışı olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində ali təhsil müəssisələrinin tələbələri və məzunları arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə 50-yə yaxın gəncə bir həftə ərzində mühazirələr oxunacaq və onlar görülmüş işlərlə yerində tanış olacaqlar.

Yay məktəbinin iştirakçılarına Azərbaycanın ekoloji siyasəti, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, məişət tullantılarının idarə olunması, ətraf mühit üzrə monitorinqin aparılma metodikası, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda mühazirələr oxunacaq, ekskursiyalar təşkil ediləcək.

Layihənin məqsədi gənclərin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, gənc nəslin ekoloji mədəniyyət səviyyəsini təkmilləşdirmək, ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə cəlb etməkdir.

Xəbər lenti

Xəbər lenti