...

Azərbaycanda payız imtahanı verən şagirdlərin 72 faizi şəhadətnamə alacaq

Cəmiyyət Materials 11 Sentyabr 2012 12:31 (UTC +04:00)
Azərbaycanda 9 illik təhsil bazası üzrə sentyabrın 9-da payız imtahanı verən şagirdlərin 15903 nəfəri, yəni 72 faizi müsbət qiymət ala bilib.
Azərbaycanda payız imtahanı verən şagirdlərin 72 faizi şəhadətnamə alacaq

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir I.Isabalayeva/

Azərbaycanda 9 illik təhsil bazası üzrə sentyabrın 9-da payız imtahanı verən şagirdlərin 15903 nəfəri, yəni 72 faizi müsbət qiymət ala bilib. Trend-in matına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı jurnalistlərə deyib.

Onun sözlərinə görə, imtahanda 28483 şagirdin iştirak etməsi gözlənilsə də, onların 6404 nəfəri imtahana qatılmayıb. İmtahanda iştirak edən 22077 şagirdin 11 nəfəri imtahandan xaric edilib.

İmtahanda daha çox şagirdi iştirak etməmiş rayonlara gəldikdə, bu siyahıda ilk yerləri Biləsuvar (45,92 faiz), Yardımlı (39,91), Salyan (39,82), Saatlı (38,77 faiz), Sabirabad (38,6 faiz), Cəlilabad (30,25 faiz), Bakı şəhərinin Sabuncu rayonu (34,89), Şəmkir (27,39 faiz) Qəbələ (25,17 faiz), Bakı şəhərinin Qaradağ rayonu tutur (24,74 faiz).

Xəbər lenti

Xəbər lenti