...

Bakı-Şamaxı yolunda baş vermiş ağır yol qəzası ilə bağlı təqsirləndirilən şəxs həbs olundu

Cəmiyyət Materials 11 Sentyabr 2012 20:01 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Bakı-Şamaxı yolunda baş vermiş ağır yol qəzası ilə bağlı təqsirləndirilən şəxs həbs olundu

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Daxili İşlər Nazirliyi Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi "Kamaz-5320" markalı yük avtomobili ilə Bakı şəhər sakini Aydın Acalova məxsus "Peugeot-206" markalı minik avtomobili toqquşub, nəticədə Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.

Fakta görə həmin gün DİN BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı Nigar Yaqublu qeyri-səmimilik göstərərək avtomobilin mərhum Aydın Acalov tərəfindən idarə edildiyini bildirib. Lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri, şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və toplanmış digər sübutlarla avtomobilin sürücülük hüququ olmayan Yaqublu tərəfindən idarə olunduğu və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyi müəyyən edilib.

Sentyabrın 6-da və 7-də Yaqublu ifadə vermək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə dəvət edilsə də, müxtəlif bəhanələrlə, üzrsüz səbəbdən istintaqdan yayınıb.

Sentyabrın 10-da Nigar Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti