...

Bakı sakinlərinə müjdə (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2012 14:57 (UTC +04:00)
Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsində salınan piyada keçidində son tamamlanma işləri aparılır.
Bakı sakinlərinə müjdə (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.İsmayılov/

Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsində salınan piyada keçidində son tamamlanma işləri aparılır.

Trend-in "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sifarişi ilə inşa olunan piyada keçidinin uzunluğu 57, eni 8, hündürlüyü 3,2 metrdir.

Piyadaların hərəkəti üçün nəzərdə tutulan pilləkənlərdə əlil arabaları üçün ayrıca yol var. İki tərəfə giriş-çıxışı olan piyada keçidi demək olar ki, istismara hazırdır. Hazırda piyada keçidinin ətrafında abadlıq işləri həyata keçirilir.

Paytaxt sakinləri yaxın günlərdə piyada keçidindən istifadə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti