...

Azərbaycanın qədim coğrafi xəritələrini aşkarlamaq üçün İsgəndəriyyə Kitabxanasında araşdırmalar aparılacaq

Cəmiyyət Materials 19 Sentyabr 2012 15:45 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Azərbaycanın qədim coğrafi xəritələrini aşkarlamaq məqsədilə Misirin İsgəndəriyyə Kitabxanasında araşdırma aparacaq. Bunu çərşənbə günü Trend-ə institutun direktoru Gövhər Baxşəliyeva deyib.
Azərbaycanın qədim coğrafi xəritələrini aşkarlamaq üçün İsgəndəriyyə Kitabxanasında araşdırmalar aparılacaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Azərbaycanın qədim coğrafi xəritələrini aşkarlamaq məqsədilə Misirin İsgəndəriyyə Kitabxanasında araşdırma aparacaq. Bunu çərşənbə günü Trend-ə institutun direktoru Gövhər Baxşəliyeva deyib.

Onun sözlərinə görə, bu məqsədlə payız aylarında həmin ölkəyə səfər edəcək.

Baxşəliyeva bildirib ki, İsgəndəriyyə Kitabxanasında Azərbaycanın tarixi coğrafi xəritələrinin olması barədə məlumatı var.

O qeyd edib ki, araşdırmalar zamanı eramızdan əvvəl indiyə kimi Azərbaycanın və ümumilikdə regionun tarixi coğrafiyaları ilə maraqlanacaq və yeni məlumatlar əldə etməyə çalışacaq. Bu araşdırmalar yekunlaşdıqdan sonra isə onun əsasında Azərbaycanın tarixi coğrafi atlası çap ediləcək.

Baxşəliyeva deyib ki, artıq ermənilərin "böyük Ermənistan"ın paytaxtının Azərbaycanın Əsgəran rayonunda (indiki Xocalı rayonu) olması ilə bağlı qaldırdıqları iddianı təkzib edən xəritələr aşkarlayıb. Bütün bu işlər Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqədə qalib gəlmiş "Xarici ölkələrin arxivlərində Azərbaycanın tarixi coğrafiyasına aid qədim xəritənin ölkəyə gətirilməsi ilə bağlı layihə" çərçivəsində görülür.

Xəbər lenti

Xəbər lenti