...

Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransında iştirak edib

Cəmiyyət Materials 25 Sentyabr 2012 15:13 (UTC +04:00)
Azərbaycan sentyabrın 16-dan 21-dək Qazaxıstanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) illik 38-ci konfransında iştirak edib.
Azərbaycan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın konfransında iştirak edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sentyabrın 16-dan 21-dək Qazaxıstanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) illik 38-ci konfransında iştirak edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Təhsil müəssisələri və fərdlərə müsbət təsir edən qiymətləndirmə prosedurlarının layihələndirilməsi" mövzusunda keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 316 nümayəndə iştirak edib.

Konfransda Azərbaycanı TQDK-nın nümayəndə heyəti təmsil edib. Tədbirdə komissiya nümayəndələri "TQDK-da yoxlama-ölçmə materiallarının hazırlanmasının inkişaf dinamikası", "Magistratura səviyyəsinə qəbulda ixtisas üzrə yazı işlərinin qiymətlədirilməsi" mövzularında çıxış ediblər.

Beynəlxalq konfransda digər ölkələrdən olan mütəxəssislərin testlərin hazırlanma texnologiyası, qiymətləndirmə və məsuliyyət, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə, qiymətləndirmə sistemlərində keyfiyyətə təminat, beynəlxalq qiymətləndirmə standartlarının araşdırılması və sair mövzularda məruzələri dinlənilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə­­ olunub.

Xəbər lenti

Xəbər lenti