...

“Azərsun Holdinq”in dəstəyi ilə “Hacı Nuranın 1000 dostu” kampaniyası baş tutub (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2012 13:20 (UTC +04:00)
“Azərsun Holdinq”in dəstəyi ilə “Hacı Nuranın 1000 dostu” kampaniyası baş tutub
“Azərsun Holdinq”in dəstəyi ilə “Hacı Nuranın 1000 dostu” kampaniyası baş tutub (FOTO)

"Azərsun Holdinq" "Park Bulvar"la birgə xeyriyyəçilik verilişlərinin tanınmış aparıcısı Hacı Nuranın xərçəng xəstəliyindən müalicəsi üçün xeyriyyə marafonu keçirtdi. Sentyabrın 22-i saat 17:00-da "Azərsun Holdinq"in dəstəyi və aktyor Bəhram Bağırzadənin təşəbbüsü ilə "Park Bulvar"da təşkil olunan "Hacı Nuranın 1000 dostu" aksiyası baş tutdu.

Hal-hazırda Vyanada xəstəxanada müalicə olunan, hər zaman insanlara yardım edən, indiyədək çoxlu xəstənin sağalmasına vasitəçi olan telejurnalist Nuran Hüseynovun müalicəsi üçün 100 min avroya ehtiyac duyulur. Bu məqsədlə də "Park Bulvar"da bu məbləğin bir qisminin toplanması üçün "Hacı Nuranın 1000 dostu" aksiyasında millət vəkilləri, Hacı Nuranın həmkarları, telejurnalistlər, KİV nümayəndələri, tanınmış incəsənət adamları və Hacı Nuranın vasitəçiliyi ilə yanaşı yardım olunmuş insanlar, şirkətlər qrupunun əməkdaşları və yaxın dostları iştirak edirdilər.
Hacı Nurana dəstək olmaq üçün təşkil olunan aksiyaya "Park Bulvara" gələn insanlar da qoşuldular. İki saat davam edən marafonda müalicə üçün tələb olunan vəsaitin 10/1-i toplandı. Belə ki, aksiya çərçivəsində 8264.50 AZN və 1800 ABŞ dolları məbləğində pul yığıldı. Toplanan vəsait Hacı Nuran üçün açılan bankdakı hesabına köçürüldü.

Xəbər lenti

Xəbər lenti