...

Əlillərin Naftalan şəhərindəki müalicə müəssisəsində bərpa müalicəsi təmin ediləcək

Cəmiyyət Materials 27 Sentyabr 2012 19:24 (UTC +04:00)
"2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı"nda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Əlillərin Naftalan şəhərindəki müalicə müəssisəsində bərpa müalicəsi təmin ediləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

"2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı"nda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun müvafiq əmrinə əsasən, əlillərin sümük-əzələ sistemi, periferik sinir-damar, ginekoloji və dəri xəstəliklərindən müalicə olunmaları barədə nazirliyə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alınaraq, cari ilin oktyabr-noyabr aylarında 80 nəfərdən artıq əlil şəxsin Naftalan şəhərində yerləşən müalicə müəssisəsində bərpa müalicəsi təşkil ediləcək.

Müalicəyə yola salınacaq əlillərin yol və müalicə xərcləri qeyd edilən proqramın "Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası" bəndinin 1.2. yarımbəndində nəzərdə tutulan vəsaitdən ödəniləcək.

Qeyd edək ki, əlillərin tibbi reabilitasiyasının təmin edilməsi məqsədilə nazirlik tərəfindən 2012-ci ilin avqust-sentyabr aylarında Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində və Bolqarıstanın "Pavel Banya" sanatoriyasında 86 nəfər əlilliyi olan vətəndaşın bərpa müalicəsi təmin olunub. Həmçinin, qeyd olunan proqramın müvafiq bəndinə uyğun olaraq, cari ildə 1000-dən çox əlilliyi olan vətəndaş müxtəlif istirahət zonalarına göndərilib.

Xəbər lenti

Xəbər lenti