...

Gənclər üçün Təhsil Mərkəzinin İdman Klubu fəaliyyətə başlayıb

Cəmiyyət Materials 4 Oktyabr 2012 18:27 (UTC +04:00)
Gənclər üçün Təhsil Mərkəzinin İdman Klubu fəaliyyətə başlayıb. Klubun yaradılmasında əsas məqsəd ölkəmizdə “İdman ili”nə ictimai dəstək verməkdir.
Gənclər üçün Təhsil Mərkəzinin İdman Klubu fəaliyyətə başlayıb

Azərbaycan, Bakı. 4 oktyabr /Trend/

Gənclər üçün Təhsil Mərkəzinin İdman Klubu fəaliyyətə başlayıb. Klubun yaradılmasında əsas məqsəd ölkəmizdə "İdman ili"nə ictimai dəstək verməkdir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, klub Bakı və regionlarda gənclərin müxtəlif idman növlərinə həvəsləndirilməsi, idman təhsilinin inkişaf etdirilməsi və gənclər tərəfindən idmana ictimai dəstəyin artırılması üçün çalışacaq.

Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi idmançılar, idman ictimaiyyəti və idmansevərlər üçün gözəl bir hədiyyədir: "Ölkəmizdə idmana xüsusi diqqət göstərilir. Bu il çərçivəsində ölkəmizdə idmanın daha da inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülüb, müxtəlif beynəlxalq yarış və tədbirlər keçirilib. Belə bir prosesdə biz gənclər passiv olmamalı, ölkə rəhbərliyinin bu təşəbbüsünə qoşulmalı, bütün gənclərimizi idmana həvəsləndirməliyik. Bu baxımdan biz idmanın inkişafına ictimai dəstək verməyi və region gəncləri arasında idmana marağın daha da artırılması üçün müxtəlif tədbirlər həyata keçirməyi nəzərdə tuturuq".

Qeyd edək ki, klub öz fəaliyyəti çərçivəsində müxtəlif idman aksiyaları, məlumatlandırma kampaniyaları, idman yarışları, beynəlxalq təcrübə və səfər proqramları, təqdimatlar və digər tədbirlər təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti