...

Rihanna Bakı Kristal Zalında möhtəşəm şou-proqramla çıxış edib (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2012 03:27 (UTC +04:00)
Dünyaca məşhur müğənni Rihanna şənbə günü Bakı Kristal Zalında möhtəşəm şou-proqramla çıxış edib.
Rihanna Bakı Kristal Zalında möhtəşəm şou-proqramla çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir V.İmanov/

Dünyaca məşhur müğənni Rihanna şənbə günü Bakı Kristal Zalında möhtəşəm şou-proqramla çıxış edib.

R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki "Qremmi" mükafatının sahibi Bakıdakı çoxsaylı pərəstişkarlarını hit mahnılardan ibarət eksklüziv şou ilə sevindirib. Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Rihannanın Bakı konserti musiqi sənayesində piratçılıq ilə mübarizəyə həsr edilib.

Konsert "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkəti tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti