...

Bakı Ali Neft Məktəbinin loqotipinin hazırlanması üzrə müsabiqənin vaxtı uzadılıb

Cəmiyyət Materials 9 Oktyabr 2012 10:47 (UTC +04:00)
ARDNŞ-nin Bakı Ali Neft Məktəbinin (BANM) loqotipinin hazırlanması üzrə müsabiqənin vaxtı 2012-ci il oktyabrın 20-dək uzadılıb.
Bakı Ali Neft Məktəbinin loqotipinin hazırlanması üzrə müsabiqənin vaxtı uzadılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

ARDNŞ-nin Bakı Ali Neft Məktəbinin (BANM) loqotipinin hazırlanması üzrə müsabiqənin vaxtı 2012-ci il oktyabrın 20-dək uzadılıb.

BANM-dən Trend-ə verilən məlumata görə, hazırlanacaq loqotipdə BANM-in Azərbaycan ali təhsil sisteminə yenilik gətirməsi, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır.

Müsabiqədə reklam agentlikləri, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.

Müsabiqənin qalibinə 1500 (bir min beş yüz) manat məbləğində mükafat və xüsusi diplom təqdim ediləcəkdir.

Təklif olunacaq eskiz və layihələr [email protected] email ünvanına göndərilməlidir. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Müsabiqə ilə bağlı bütün suallar [email protected] elektron poçt ünvanı vasitəsi ilə göndərilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti