...

Dövlət Komitəsi Moskvada "Azərros" və erməni diasporu arasında keçirilən görüşə münasibət bildirib

Cəmiyyət Materials 23 Oktyabr 2012 19:13 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsi Moskvada "Azərros" Federal Milli Mədəni Muxtariyyəti və erməni diasporunun nümayəndələri arasında keçirilən görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərəcəyinə inanmır.
Dövlət Komitəsi Moskvada "Azərros" və erməni diasporu arasında keçirilən görüşə münasibət bildirib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsi Moskvada "Azərros" Federal Milli Mədəni Muxtariyyəti və erməni diasporunun nümayəndələri arasında keçirilən görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərəcəyinə inanmır.

Komitədən Trend-ə verilən məlumata görə, bu cür görüşlər beynəlxalq aləmdə Azərbaycan cəmiyyətinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan kompromislərə hazır olduğuna dair ictimai rəy formalaşdırmaq istəyən erməni diasporunun maraqlarına xidmət edə bilər. Təsadüfi deyil ki, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq erməni diasporu və lobbisi "xalq diplomatiyası" adı altında Azərbaycan cəmiyyətinin kompromislərə hazır olduğu təsəvvürünü formalaşdırmaq məqsədilə bu cür təşəbbüslərlə çıxış edib. Ötən dövrün təcrübəsi göstərir ki, belə təşəbbüslər münaqişənin ədalətli həllində israrlı olan Azərbaycana danışıqlar prosesində təzyiq üçün əlavə imkanlar yaratmaq məqsədinə xidmət edir.

Ayrı-ayrı şəxslərin, yaxud təşkilatların bu cür təşəbbüsləri problemin həllinə töhfə vermək arzusunun ifadəsi olsa da, münaqişəsinin nizamlanması prosesi ilə peşəkar diplomatların məşğul olması daha məqsədəuyğundur.

Diasporla İş üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək istəyən hər bir azərbaycanlının vətənpərvərik hisslərinə hörmətlə yanaşmaqla yanaşı, bu cür görüşlərin real perspektiv vəd etdiyinə əmin deyil və diaspor təşkilatlarını belə təşəbbüslərdə daha ehtiyatlı, eyni zamanda diqqətli olmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti