Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Azərbaycan ərazisində saat 05:00-da əqrəblər 1 saat geri çəkilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bazar günü Trend-ə bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bununla da yay vaxtı ləğv edilib.
Azərbaycan Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.