...

Ali məktəblərin doktoranturalarına qəbul imtahanlarının nəticələrinin açıqlanacağı tarix bəlli oldu

Cəmiyyət Materials 6 Noyabr 2012 15:46 (UTC +04:00)
Təhsil Nazirliyi (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarının nəticələri dekabrın 1-də açıqlanacaq.
Ali məktəblərin doktoranturalarına qəbul imtahanlarının nəticələrinin açıqlanacağı tarix bəlli oldu

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi (TN) sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarının nəticələri dekabrın 1-də açıqlanacaq. Bunu çərşənbə axşamı Trend-ə nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib.

Onun sözlərinə görə, imtahanların keçirilməsinə oktyabrın 22-dən başlanılıb və hazırda bu proses davam edir. İmtahanlar ixtisas fənni, fəlsəfə və xarici dil üzrə keçirilir.

Hüseynova deyib ki, imtahan nəticələri ümumiləşdirilərək dekabrın 15-dək ali məktəblər tərəfindən nazirliyə təqdim ediləcək. Gələn ilin yanvar ayından isə doktoranturaya qəbul olanlar üçün tədris başlayacaq.

Qeyd edək ki, bu il TN sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məqsədilə büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturada büdcə hesabına təhsil almaq üçün 288, ödənişli əsaslarla təhsil üçün isə 89 yer müəyyənləşib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün büdcə hesabına 82, ödənişli əsaslarla 3 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə dissertantların təhkim olunması planında 80 yer büdcə hesabına, 9 yer ödənişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti