Azərbaycan, Bakı, 8 noyabr /Trend/
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşenli küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri ilə əlaqədar noyabrın 9-da İ.Qutqaşenli və M.Müşviq küçələrində, həmçinin İnşaatçılar prospektinin bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.