Fəhlələr İran Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycan, Bakı,13 noyabr /Trend, müxbir T.Cəfərov/
İranın Mazandaran əyalətinin tekstil zavodunun 100-dən çox fəhləsi parlamentin binası qarşısında etiraz aksiyası keçirib. Trend-in məlumatına görə, bu barədə ILNA agentliyi xəbər verir.
Fəhlələr tekstil zavoduna investisiya yatıran əcnəbi investorun zavoddan uzaqlaşdırılmasını, zavodun yenidən fəaliyyətinin bərpasını və 27 aylıq gecikmiş maaşlarını tələb ediblər.
Məlumatda bildirilir ki, tekstil zavodunun idarə edilməsi 2009-cu ildə Türkiyədən olan iş adamına verilib. Həmin iş adamı zavodda fəaliyyətə başladıqdan sonra fəhlələrə qarşı öhdəliklərini yerinə yetirməyib.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri