...

Azərbaycanda stasionar telefon xəttinin pulsuz çəkilişi təklif edilir

Cəmiyyət Materials 14 Noyabr 2012 11:15 (UTC +04:00)
Paytaxt sakinləri üçün ikinci telefon xəttinin çəkilişi pulsuz olacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı xəbərdə deyilir.
Azərbaycanda stasionar telefon xəttinin pulsuz çəkilişi təklif edilir

Azərbaycan, Bakı, 14 noyabr / Trend, müxbir H.Vəliyev/

Paytaxt sakinləri üçün ikinci telefon xəttinin çəkilişi pulsuz olacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı xəbərdə deyilir.

Azərbaycanda telefon rabitəsinin yaradılmasının 131illiyinə həsr edilmiş operator tərəfindən keçirilən və dekabrın 10-na qədər davam edəcək aksiya çərçivəsində iki stasionar telefon xətti çəkməyi arzu edən abunəçilərə ikinci xətt pulsuz əsasda çəkiləcək.

Həmçinin göstərilən dövrdə 3 Mbit/s və yuxarı sürətə qoşulmuş genişzolaqlı internetin abunəçiləri hədiyyə olaraq virtual telefon nömrəsi (IP-telefoniya) alacaqlar, 5Mbit/s və daha yuxarı sürətdə qoşulmuş istifadəçilər üç ay ərzində IP-TV xidmətinə virtual telefon nömrəsi və pulsuz giriş alacaqlar.

Hazırda IP-TV xidməti operatorun Bakının Sabunçu və Nizami rayonlarında telekommunikasiya qovşaqlarında açılıb. Xidmətdən istifadə üçün aylıq abunə haqqı dörd manat təşkil edir.

Yaxın vaxtlarda IP-televiziya xidməti operatorun bütün, əsasən NGN (Next Generation Network) stansiyalarında telefon stansiyalarında açılacaq. Həmçinin abunəçilərə Video on Demand (sorğu üzrə video) xidmətləri, interaktiv televiziyalar, HD formatında kanalların translyasiyaları və başqaları mümkün olacaq.

Xidmət dövlət operatorunun şəbəkəsinə IP-TV formatında siqnalların ötürülməsini həyata keçirən "Teleradio" İstehsalat Birliyinin platformasında açılır.

Operatorların şəbəkələrinə ötürülən telekanalların sayı 100 ədəd təşkil edir, Bakıda "Teleradio" İstehsalat Birliyində quraşdırılmış baza stansiyasının ötürmə qabiliyyətinin müasirləşdirməsindən sonra mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti