...

Bakı-Şamaxı-Yevlax magistral yolundakı sürüşmə sahəsində bərpa-möhkəmləndirmə işləri aparılır

Cəmiyyət Materials 22 Noyabr 2012 11:36 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax magistral yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsində bərpa-möhkəmləndirmə işləri aparılır.
Bakı-Şamaxı-Yevlax magistral yolundakı sürüşmə sahəsində bərpa-möhkəmləndirmə işləri aparılır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı-Şamaxı-Yevlax magistral yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsində bərpa-möhkəmləndirmə işləri aparılır.

Qobustan rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Allahyar Atakişiyev Trend-ə bildirib ki, həmin ərazidə sürüşməyə meyillilik var və bu ərazi aktiv ərazi hesab olunur.

Yolun sürüşməsi ilə əlaqədar əraziyə çınqıl tökülür, sürüşmənin fəasadlarının aradan qaldırılması üçün iş aparılır.

Atakişiyev bildirib ki, həmin yola alternativ yol olmadığından yüksək tonnajlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulması qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti