...

Azərbaycan tələbələrinin Ukraynaya axını üç dəfədən çox artıb

Cəmiyyət Materials 30 Noyabr 2012 18:29 (UTC +04:00)
Azərbaycan tələbələrinin Ukraynaya axını üç dəfədən çox artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko "Xaricdə keyfiyyətli təhsil hər kəs üçün mümkündür" mövzusunda keçirilən təqdimatda deyib.
Azərbaycan tələbələrinin Ukraynaya axını üç dəfədən çox artıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan tələbələrinin Ukraynaya axını üç dəfədən çox artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko "Xaricdə keyfiyyətli təhsil hər kəs üçün mümkündür" mövzusunda keçirilən təqdimatda deyib.

"Ümumilikdə Ukraynada Azərbaycandan olan tələbələrin sayı artır. Hazırda 4036 azərbaycanlı tələbə Ukraynada uğurla təhsil alır" , - səfir qeyd edib.

Ukraynanın Azərbaycandakı səfirliyi bu gün Bakıda Ukrayna təhsil sisteminin təqdimatını keçirib.

Səfirin sözlərinə görə, tədbirdə Ukraynanın 4 ali təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər.

O deyib ki, hazırda Azərbaycan gənclərinin Ukraynada uğurla təhsil almaları üçün hər cür hüquqi şərait yaradılıb.

"Ukraynada təhsilin yüksək səviyyəsi, yaxşı mühit, Ukrayna əhalisinin azərbaycanlılara qarşı dost münasibəti kimi əsas amillər Azərbacan ilə təhsil proqramlarının fəal inkişaf etməsinə səbəb olur", - səfir vurğulayıb.

Onun sözlərinə görə, hazırda tərəflər ukraynalı tələbələrin Azərbaycana cəlb edilməsi üçün səy göstərirlər.

"Məsələn, fikrimcə, enerji sahəsində mütəxəssis olmaq istəyənlərin Azərbaycana təhsil almaq üçün gəlmələri çox əhəmiyyətlidir. Azərbaycan Ukrayna üçün enerji sahəsində meydandır, yəni dünyada mütərrəqqi olan hər şeyi burada görürəm", - Mişenko vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti