...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarınarina putyovkalar güzəştli qiymətlərlə veriləcək

Cəmiyyət Materials 13 Dekabr 2012 12:16 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarınarina sanatoriya-kurort putyovkaları güzəştli qiymətlərlə veriləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarınarina putyovkalar güzəştli qiymətlərlə veriləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarınarina sanatoriya-kurort putyovkaları güzəştli qiymətlərlə veriləcək.

Trend-in məlumatına görə, Nazirlər Kabineti Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydasına dəyişiklik edib.

Dəyişikliyə görə, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirliklərinin hərbi qulluqçuları ilə bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına sanatoriya-kurort putyovkalarının qiymətinin 75 faizi, onların hər bir ailə üzvü üçün isə putyovkaların qiymətinin 50 faizi məbləğində pul kompensasiyası veriləcək.

Həmin kompensasiya hər il təsdiq edilən dövlət büdcəsində adıçəkilən qurumlar üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti