...

Azərbaycanda uşaq tibb müəssisələri profilləşdiriləcək

Cəmiyyət Materials 13 Dekabr 2012 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

2020-ci ilədək Azərbaycanda uşaqlara göstərilən stasionar xidmətin gücləndirilməsi məqsədilə uşaq tibb müəssisələri profilləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.

Layihədə qeyd edilir ki, uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə milli fəaliyyət planı (2014-2020-ci illər) hazırlanacaq.

2020-ci ilədək Azərbaycanda kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və onlar üçün təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcək. Həmin müddətədək icbari tibbi sığortaya keçilməsi təmin ediləcək. Onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti