...

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün rüsumların artırılması təklif olunur

Cəmiyyət Materials 18 Dekabr 2012 15:30 (UTC +04:00)
Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələrinin artırılması təklif olunur.
Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün rüsumların artırılması təklif olunur

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələrinin artırılması təklif olunur.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə edilib.

Təklif olunan dəyişikliklər aşağıdakı cədvəldə əksini tapıb:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

12.1. Nikahın qeydə alınması üçün

5 manat

12.2. Nikahın pozulmasının qeydə alınması üçün:

12.2.1. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında;

15 manat

12.2.2. məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən);

15 manat

12.2.3. digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə.

2 manat

12.3. Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün.

10 manat

12.4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün.

2 manat

12.5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsi üçün.

2 manat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti